Azərbaycan Türkiyə qardaşlığının simvoluna çevrilmiş gün- ÖZƏL

"15 sentyabr Azərbaycanın ən şanlı qəhrəmanlıq günlərindəndir. Məhz bu gün Qafqaz Türk İslam ordusu, Nuru Paşanın başçılığı ilə Bakını erməni daşnak bolşevik mənfurlarından azad etmişdir". 

"Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə Partiyası sədrinin müavini Rafiq Daşdəmirli deyib: "Hətta böyük dövlətlərin təzyiqinə baxmayaraq Bakıdan çıxmamış, yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin  Gəncədən Bakıya köçməsinə şərait yaratmışlar. Bu gün bu tarixi hadisədən neçə illər keçməsinə baxmayaraq, həmin günü unutmamışıq və unutmaycağıq. Milli Cəbhə Partiyası olaraq Şəhidlər xiyabanını ziyarət etmişik. Mindən çox şəhid düşmüş qardaş Türk şəhidlərinin abidəsinə gül dəstələri qoyub, Allahdan rəhmət diləmişik. Azərbaycan Türkiyə qardaşlığının simvoluna çevrilmiş bu gün xalqımızın qəlbində daim yaşayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31