Dövlət başçımızın ayağı dəyən yerlər gülüstana çevrilir- ÖZƏL
10:27 Siyasət"Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına cənab Prezidentimiz İlham Əliyevin hər bir səfəri yeni yaşayış məntəqələrinin, infrastruktur layihələrinin, təhsil müəssisələrinin təməlinin qoyulması, istifadəyə verilməsi, keçmiş məcburi köçkün qardaş və bacılarımıza mənzillərin açarlarının təqdim edilməsi, mənəvi-ruhani dəyərlərimizin dirçəldilməsi, doğma yurdlarına qayıdan insanlarla səmimi görüşlərlə yaddaşlara həkk olunur". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Məclis sədrinin müavini Musa Qasımlının sözlərinə görə, dövlət başçımızın ayağı dəyən yerlər gülüstana çevrilir: "Cənab Prezidentimizin 14 sentyabrda, qeyri-iş günündə, bazar günündə Füzuli, Xocavənd, Xocalı və Xankəndidə fəaliyyətləri təkcə bütün məsələlərin dəqiq, planlı aparıldığını deyil, eyni zamanda böyük qayğısını bir daha göstərdi. Dünyanın heç bir ölkəsində bu miqyasda quruculuq işləri aparılmır. Bəs bütün bu işlərdə başlıca məqsəd nədir? Məqsədi dövlət başçımız doğma yurdlarına qovuşan insanlarla görüşündə belə ifadə etdi: "Əsas odur ki, Azərbaycan xalqı rahat yaşasın, xoşbəxt yaşasın, sülh içində yaşasın".