Türkiyə nümayəndəsinin səfəri İrəvanda etirazla qarşılandı - Daşnaklar küçələrə çıxdı

Ermənistan hökuməti binasının qarşısında Türkiyə nümayəndəsi Sərdar Kılıcın gəlişinə qarşı aksiya keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə "Sputnik Armeniya" məlumat yayıb.

Məlumatda bildirilir ki, etirazın təşəbbüskarları "Daşnaksütyun" partiyasının gənclər qanadının üzvləridir.

İştirakçılar "Unutmayaq" şüarını səsləndirir, əllərində "1915" rəqəmi yazılmış plakatlar və Bakıda həbsdə olan ermənilərin (terrorçuların) fotolarını tutublar.

Onlar Ermənistan hakimiyyətinin Ankara ilə münasibətlərin normallaşdırılması siyasətini "antimilli" adlandırıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31