Kılıç və Rubinyan sərhəddə görüşdü
12:16 SiyasətTürkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç Ermənistana səfər edib.
Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat yayıb.
Onun sözlərinə görə, Ermənistan tərəfinin xüsusi nümayəndəsi Ruben Rubinyan Kılıçı Ermənistan-Türkiyə sərhədində yerləşən "Marqara" sərhəd-keçid məntəqəsində qarşılayıb.
Qeyd edək ki, tərəflər arasında keçirilən görüşlər iki ölkə arasında diplomatik münasibətlərin bərpası və sərhədlərin açılması istiqamətində aparılan danışıqlar çərçivəsində baş tutur. Serdar Kılıç və Ruben Rubinyan bundan əvvəl də bir neçə dəfə görüşərək normallaşma prosesinin əsas istiqamətlərini müzakirə ediblər.
Bu səfər Ankara ilə İrəvan arasında dialoqun davamlı xarakter almasına və gələcəkdə konkret addımların atılmasına zəmin yarada bilər.