Paşinyan kilsə ilə bağlı “B planı”na keçib

Ermənistan mətbuatı yazır ki, baş nazir Nikol Paşinyan kilsə ilə münasibətlərdə yeni mərhələyə - "B planı"na keçib.

Olaylar.az xəbər verir ki, bu barədə "İravunk" qəzeti məlumat yayıb.

Müxalifyönlü mövqeyi ilə bilinən qəzetin iddiasına görə, Paşinyanın məqsədi "kilsə daxilində parçalanma yaratmaqdır".

Qəzetin xəbərinə əsasən, "bu məqsədlə din xadimləri arasında köhnə narazılıqlar qabardılacaq", "həmçinin xüsusi təyinatlı şəxslər kilsəyə yerləşdirilərək qarşıdurmaları qızışdıracaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31