O heyvana ancaq ölüm cəzası verilməlidir - Tramp
19:23 SiyasətABŞ Prezidenti Donald Tramp Ukrayna vətəndaşı İrina Zarutskayanın qətlində təqsirli bilinən şəxsə ölüm cəzası verilməsini istəyib.
Axar.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social"da yazıb.
"Ukraynadan Amerikaya sülh və təhlükəsizlik dalınca gələn gözəl gənc qızı bu qədər amansızlıqla qətlə yetirən vəhşi heyvan tezliklə mühakimə olunmalı və ona yalnız ölüm hökmü verilməlidir. Başqa variant ola bilməz", - deyə Tramp bildirib.
Qeyd edək ki, avqustun 22-də amerikalı DeKarlos Braun tramvayda 23 yaşlı ukraynalı qaçqın İrina Zarutskayaya bıçaqla hücum edib. Qız aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31