Türk Dövlətləri Birliyinin tarixi coğrafi bağlantısı bərpa ediləcək- ÖZƏL
11:22 Siyasət"Vaşinqton müzakirələrinin ən mühüm nəticələrindən biri də ölkənin əsas ərazisindən Naxçıvana birbaşa kommunikasiyaların açılması ilə bağlı razılaşmanın əldə olunmasıdır. Bu vacib və faydalı layihənin müəllifi və təşəbbüskarı da cənab prezident İlham Əliyevdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev deyib: "Bu yola biz Zəngəzur dəhlizi deyirik, , Ermənistanda Sülh kəsişməsi, ABŞ- adminstrasiyasında isə Beynəlxalq Sülh və Rifah naminə Tramp yolu adlandırırlar. Amma əsas olan termin deyil, görülən işin mahiyyətidir.
Əsas odur ki, kommunikasiyalar, o cümlədən, Zəngəzur üzərindən Naxçıvana gedən yol bərpa ediləcək, Azərbaycan vətəndaşlarının maneəsiz gediş- gəlişi təmin ediləcəkdir. Əsas odur ki, "Bir kəmər, bir yol" layihəsinin yeni bir şaxəsi işə düşəcək, Asiyadan Avropaya və əksinə ən qısa yolla malların və sərnişinlərin daşınması bölgə dövlətlərinə böyük məbləğdə iqtisadi dividentlər gətirəcək. Əsas odur ki, Türk Dövlətləri Birliyinin tarixi coğrafi bağlantısı bərpa ediləcəkdir. Bəlkə də bir neçə il bundan əvvəl belə bir layihənin reallaşması qeyri- mümkün görünürdü, indi isə reallığn bir addımlığındayıq. Məhz bu reallığı cənab prezident İlham Əliyev, onun diplomayik məharəti, müdrik və cəsarətli siyasəti yaratməşdır".