Vaşinqton razılaşması cənab prezidentin danışıqlar masasında tarixi zəfəridir- ÖZƏL

"Vaşinqtonda əldə edilən razılaşmalar,  imzalanan sənədlər,  Amerika- Azərbaycan münasibətlərinin yüksək səviyyəyə qalxması  cənab Prezident İlham Əliyevin böyük  diplomatik uğuru, növbəti qələbəsidir. 44 günlük Vətən müharibəsi Ali Baş Komandanın döyüş meydanında tarixi qələbəsi idisə, Vaşinqtonda Sülh müqaviləsinin paraflanması və əldə edilən razılaşmalar cənab prezidentin danışıqlar masasında tarixi zəfəridir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev deyib: "Vaşinqtonda əldə edilmiş razılaşmalar göstərir ki,  bölgədə yeni bir mərhələ başlayır. Davamlı sülh, əməkdaşlıq, etimad mühitinin yaranması və tərəqqi mərhələsi. Bu mərhələnin memarı da cənab prezident İlham Əliyevdir. Azərbaycan ABŞ  münasibətləri heç vaxt indiki kimi yüksək səviyyədə olmamışdır. ABŞ- ın 907- ci düzəlişin tətbiqini dayandırması barədə qərar qəbul etməsi, Strateji tərəfdaşlıq  barədə işçi qrupunun yaranması  cənab Prezidentin şəxsi nüfuzunun, siyasi ustalığının və diplomatik müdrikliyinin bir nümunəsidir. ABŞ prezidenti Donald Trampın Azərbaycan prezidentinə " Siz böyük lidersiniz, xalqınız böyük xalqdır"-, deyərək müraciət etməsi,  Ağ Evin açarını təqdim etməsi, ölkəmiz haqqında xoş sözlər söyləməsi hər bir azərbaycanlıda qürur doğuran məqamlardır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31