İsrailin Türkiyə liderlərini hədəf almaq kimi açıqlamaları sadəcə psixoloji təzyiqdir- ÖZƏL

"İsraillə Həmas arasında atəşkəs və girovların azad olunması ilə bağlı danışıqlar keçiriləcəkdi. ABŞ prezidenti ötən gün HƏMAS-a ultimatum verərək danışıqlar masasına çağırıb. Həmas liderləri də danışıqlar aparmaq üçün Qətərin paytaxtı Dohaya gəlib". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Qeyd edim ki, İsrail və ABŞ Həmasla danışıqlarda maraqlı olmayıb. İsrailin əsas məqsədi Qəzzanı Həmas idarəçiliyindən almaq və burada 200 minə yaxın fələstinli saxlamaqdır. Qəzzada 2 milyon əhali yaşayır. Onların anklavı tərk etməsi üçün bütün infrastruktur obyektlərı və yaşayış məskənləri məqsədli şəkildə dağıdılır.
Həmas liderləri Dohada danışıqlar prosesinə hazırlıq fonunda İsrail tərəfindən bombalandı. Bu hücum ABŞ razılığı ilə həyata keçirilib. ABŞ Yaxın Şərqdə heç bir silahlı təşkilatın qalmaması üçün yeni strategiya ortaya qoyub. Hizbullah Livanda ləğv edilir. Həmasın da sonu yaxınlaşır. Növbəti hədəfdə Yəməndə Husilər olacaq. 
İsrailin HƏMAS liderlərini öldürməsi, bəzi İsrailli sabiq rəsmilərin eyni analoji addımı Türkiyə rəhbərliyinə qarşı keçiriləcəyini qeyd edir. İsrailin əlində olan qırıcılardan Türkiyənin də var. Türkiyə eyni hücumu İsrail rəhbərliyinə qarşı keçirmek iqtidarındadır. İsrail belə hücumları təkbaşına deyil, birbaşa ABŞ-la birgə keçirir. İsrailin Türkiyə liderlərini hədəf almaq kimi açıqlamaları sadəcə psixoloji bir təzyiqdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31