Müstəqilliyə gedən yol

1969-cu ilin 14 iyul günü Azərbaycanın tərəqqi yolunun başlandığı əlamətdar bir gün kimi tariximizə həkk olunub. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi həmin gün respublikamız inkişaf dövrünə qədəm qoyub. Ulu Öndər Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərində özünün yorulmaz fəaliyyəti, müdrik və uzaqgörən qərarları, tükənməz enerjisi, qətiyyəti ilə Azərbaycanı keçmiş sovetlər birliyinin ən geri qalmış aqrar ölkəsindən ittifaqın ən qabaqcıl və müstəqil şəkildə özünü təmin edə bilən bir ölkəsinə çevirib. Həmin illərdə xalq təsərrüfatının bütün sahələrində öz tarixində görünməmiş artım templəri nümayiş etdirən Azərbaycanda milli gəlirin və əmək məhsuldarlığının dəfələrlə artımı baş verib. Qeyd olunan dövrdə respublikadan kənara oxumağa göndərilən tələbələrin illik sayı əvvəlki dövrlərə nisbətən 10 dəfəyə qədər artıb,  milli iqtisadiyyatın tələbləri əsasında işçi qüvvəsi yetişdirmək üçün  orta ixtisas və ali təhsil məktəbləri şəbəkəsi dəfələrlə genişləndirilib, məşğulluğun artımı yanaşı, əməkhaqqı və digər sosial ödənişlərin dəfələrlə artırılması təmin edilib. Bu gün Ulu Öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davamlı olaraq inkişaf etdirilməsi nəticəsində Azərbaycan dinamik inkişafa nail olub, mühüm tarixi uğurlara, Qələbələrə imza atıb. Bu gün də ölkəmiz Ulu Öndər Heydər Əliyev ideyları ilə inkişaf edir. Bu ideyalar da öz növbəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərlərin əldə olunmasının təməlini təşkil edir.

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31