Pakistan hava qüvvələrinin hərbi jetləri hər gələn xarici qonaq üçün havalanmır- ÖZƏL
12 İyul 2024 17:01 Siyasət"Pakistan və Azərbaycan tarixən yaxın münasibətlərə sahib olmuş iki qardaş ölkədir desək, yanılmarıq. Biz bilirik ki, bizim müstəqilliyimizi ilk tanıyan ölkəkərdən, hətta ikincisi elə Pakistan olmuşdur. Qardaş Pakistan və Azərbaycan arasında həm müstəqillik illərində, həm sonrakı illərdə, həm də son dövrlərdə hər zaman müsbətə doğru inkişaf edən addımlar olmuşdur. Bizim bu gün Pakistanla ticarət dövriyyəmiz çox yüksəkdir".

Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:
"İqtisadi əlaqələrimiz, mədəni əlaqələrimiz, hərbi sahədəki əlaqələrimiz çox yüksəkdir. Bunun da bir çox təməl səbəbləri vardır, çünki Azərbaycan Cənubi Qafqazda, Pakistan isə Cənub Qərbi Asiyada regionun güclü ölkəsidir. Ona görə də Azərbaycan və Pakistan arasında münasibətlər formalaşmışdır. Əlavə olaraq da biz eyni inancı daşıyan, eyni coğrafiyanın insanlarıyıq və ona görə də Pakistan Azərbaycan əlaqələri həmişə müsbətə doğru inkişaf etməkdədir. Azərbaycan xalqının, Pakistan xalqına, Pakistan xalqına, Azərbaycan xalqına olan məhəbbəti hər zaman öndədir. Biz İkinci Qarabağ müharibəsi vaxtı yeri gəlsə, Birinci Qarabağ müharibəsi vaxtı, qardaş Pakistanın bizə siyasi dəstəyini, xalq olaraq xalqın dəstəyini açıq şəkildə hiss etmişik. Bu bizim aramızda münasibətlərin əmələ gəlməsinə səbəb olmuşdur. Hətta biz son cənab Prezidentin Pakistan səfərinə baxdığımızda hamımızı qürurlandıran əsl dostluq jesti ilə qarşılaşdıq. Belə ki, biz bilirik ki, cənab Prezidentin təyyarəsini Pakistan hərbi hava qüvvələrinin hücum təyyarələri müşaiyət etdi. Bu da dünyada həqiqətən çox böyük bir səs gətirən hadisəyə çevrildi. Yəni Pakistan Hərbi Hava Qüvvələrinin biz bilirik ki, çox böyük ciddi arsenalı var və Pakistan hava qüvvələrinin hərbi jetləri hər gələn xarici qonaq üçün havalanmır. Ancaq cənab Prezident üçün bu təyyarənin qaldırılması, əslində bizim nə qədər böyük bir dostluğa malik olduğumuzun kiçik bir işarəti idi və cənab Prezidentin də İslamabad səfərinə baxdığımızda orda yenə dostyana qarşılanma, liderlər arasındakı səmimi söhbət, Azərbaycan və Pakistan arasında yeni müqavilələrin imzalanması, bu yaxşı əlaqələrdən xəbər verir".
Zeynəb Rzayeva