Hərbi-siyasi müttəfiqliyin dünyaya nümayişi- ÖZƏL

"Azərbaycan prezidenti İlham Əliyevin Pakistan səfəri  böyük güclərin dünyanı yenidən bölüşdürülməsi prosesində olduqca vacib əhəmiyyət kəsb edir".

Olaylar xəbər verir ki, bunu hüquqşümas Vüqar Dadaşov deyib:

"Azərbaycan prezidentinin ən yüksək səviyədə qarşılanması, Pakistan qırıcıları ilə müşayət olunması, təyyarənin hərbi hava bazasına enişi və şəxsən baş nazir  Məhəmməd Şahbaz Şərif tərəfindən qarşılanması birbaşa iki xalqın möhkəm əsaslara söykənən tarixi dostluğunun  göstəricisidir. Bu jest həm də hərbi-siyasi müttəfiqliyin dünyaya nümayişi və bir sıra güc mərkəzlərinə açıq mesajdır.

Məlum olduğu kimi  Azərbaycanın Vətən müharibəsindən sonra əldə etdiyi hərbi, siyasi-diplomatik uğurları artıq ölkəmizə  Cənubi Qafqazın cavabdehi statusunu qazandırıb. Paralel olaraq  geosiyasi proseslər ə əhəmiyyətli təsir edən dövlətə çevirib. Azərbaycan prezidenti İlham Əliyev isə dünyada mübağiləsiz nüfuzlu siyasətçilərdən biri kimi qəbul edilir. Onunla məsləhətləşmələr aparmaq istəyən dövlət başçısılarının açıq etirafları sübutdur ki, Azərbaycan dünya dövlətləri arasında söz sahibinə çevirib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31