Bu gün Azərbaycan hər kəs üçün önəmli tərəfdaşdır- ÖZƏL
12 İyul 2024 10:09 Siyasət"Azərbaycan prezidenti İlham Əliyevin apardığı xarici siyasət milli maraqlarımızın reallaşması, ölkəmizə olan təhdidlərdən qorunmaq üçün maksimum dividentlərin əldə edilməsinə yönəlib".
"Olaylar" xəbər verir ki, bunu deyən politoloq Zaur Məmmədovun sözlərinə görə, məhz prezident İlham Əliyev coğrafi cəhətdən kiçik Azərbaycanın qlobal güclərlə münasibətlərdə bərabər, qarşılıqlı əməkdaşlığa əsaslanan beynəlxalq aktor olduğunu sübut edə bilib: "Bu gün Azərbaycan hər kəs üçün önəmli tərəfdaşdır, Azərbaycan lideri hər kəsin hörmət bəslədiyi nadir liderlərdəndir. Təkcə son 10 gün ərzində ABŞ, MDB, TDT, Rusiya, İran, Çin, Asiya istiqamətində baş tutan görüşlər hər bir azərbaycanlıda iftixar hissi ilə qarşılanır. Belə çətin beynəlxalq proseslər fonunda bütün istiqamətlərdə uğurlar əldə etmək müasir proseslərdə nadir nümunələrdəndir".
Alim Hüseynli
Olaylar.az