Azərbaycanla Pakistanın yüksək profilli məsələlər üzrə baxışlarının eyni olması onları bir cinahda birləşdirir- ÖZƏL

"Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında silsilə uğurlarla dolu xarici siyasət kursumuz bu gün onunla fərqlənir ki, çoxtərəfli əlaqələr üçün siyasi olduğu qədər, ictimai fikrin bu amilə təsir və dəstəyinin nisbətləri də düzgün müəyyənləşdirilir". 

Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"Bunun əsaslandırmasını vermədən öncə qeyd edək ki, Pakistan tarixinin istənilən dönəmində hətta maliyyə vəziyyətinə görə bir sıra amillərlə bağlı təşəbbüskarlıq edə bilməsə də, müəyyən güzəştlərə getsə də, lakin hər dövrdə və hər mərhələdə təhlükəsizlik və suverenliklə bağlı heç vaxt güzəştə getməmişdir. Düşünürəm ki, iki dövləti və xalqı səmimi tellərlə bir-birinə bağlayan amil hər iki tərəf üçün bu həssas məsələ üzrə prioritetlərinin eyni olmasıdır. Azərbaycanla-Pakistan arasında dövlət səviyyəsində ikitərəfli və çoxtərəfli əlaqələr, xalqlar arasında ictimai rəy kanalları arasında müsbət yekun, ekspert qruplarının da bu siyasətə təsir üstünlükləri əlaqələrin canlı saxlanılmasına daha qabarıq formada təsir göstərir və dəstək olur. Azərbaycan-Pakistan əlaqələrinin qardaşlıq amili üzərində dayandığını sübut edən fakt onun sadəcə qarşılıqlı meyarı üzərində dayanması deyil, həm də müsbət qayıdış, geridönüş üzrədir. Belə ki, mövcud münasibət tarix boyu başlayan, indi də davam edən, beynəlxalq platformalarda da eyni kəmiyyət və keyfiyyət üzrə irəliləməyə əsas verir. Hansı azərbaycanlıdan soruşsan onun Pakistanın Ermənistanla Azərbaycan torpaqlarına hərbi təcavüzünə görə diplomatik münasibətlər qurmamasını fəxrlə dilə gətirdiyinin şahidi olarsan. Azca dərin siyasi kluara enən zaman xüsusi vurğulanmalı məqam odur ki, 1993-cü il aprelin 30-u tarixində BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 nömrəli qətnaməsinin qəbul olunduğu iclasa Pakistan sədrlik edib. Belə dəstək yolunun cığırının açılması isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır ki, 1994-cü ilin dekabrında Kasablankada Pakistanın ovaxtkı Baş naziri Benazir Bhutto ilə görüşdən sonra iki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər başlayıb. Cənab Prezident İlham Əliyevin də əlaqələrimizin inkişafına önəm verdiyi ölkələrin başında Pakistan gəlir. Bu məqamda məhz onu xüsusilə vurğulayaq ki, az öncə qeyd etdiyimiz Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən açılan cığır Müzəffər Ali Baş Komandanımız İlham Əliyev tərəfindən böyük, çoxşaxəli yola çevrilib. Elə bunu başqa amillər qədər sübut edən məsələ də Pakistan Senatının 2012-ci il mayın 30-da Xocalı soyqırımını pisləyən qətnamə qəbul etməsidir.
    Müasir siyasi reallıqlarda güc amilinin keçidinin və yayılmasının siyasi konteksti də dəyişir və yumşaq güc həmişəkindən daha aktuallıq əldə edir. Pakistan hökuməti xarici siyasəti ilə yumşaq güc əldə etmək üçün bəzi təşəbbüslər göstərməyə başlayıb. Bunlara inkişaf yardımının göstərilməsi, ikitərəfli və çoxtərəfli müqavilələrin imzalanması, mədəniyyətin təbliği, qlobal sülhə töhfə vermək və humanitar yardım göstərmək daxildir. Beləliklə, qeyd olunmalıdır ki, yumşaq gücün xarici siyasətə inteqrasiyası Pakistana fayda gətirir. Məhz Azərbaycanla siyasi, iqtisadi əlaqələr qədər, humanitar, təhsil, elm, mədəniyyət sahələri üzrə əlaqələr də Pakistan üçün prirotetdir. 
    İki ölkə liderləri arasında şəxsi münasibətlər də səmimidir. Bunu sübut edən amil bütün beynəlxalq tədbirlərdə də bir araya gəlmələri, mütəmadi görüşmələridir. Bu məqamda onu da qeyd edək ki, hər siyasi lider də cəmiyyətdəki yüksək statusuna baxmayaraq şəxsiyyət olaraq qalmağı bacarmır. İdeologiya, qərar qəbulu, onların icrası kimi liderlik üçün nəticələrə səbəb olan bu variasiyalara görə siyasi fiqurlar son məqamda məhz şəxsi xüsusiyyətlərinə görə fərqlənir. Cənab Prezident İlham Əliyevin siyasi kursu qədər şəxsi keyfiyyətləri də Azərbaycanın imicinə təsir edir. Onun dünyanın müxtəlif bölgələrində, indi də Pakistanda bu qədər ehtiramla qarşılanması məhz xalqımızın xislətinin əyani təsviridir. Dövlət başçımızın atdığı hər addım xalqına, millətinə ucalıq gəririr. Azərbaycan və Pakistanın yüksək profilli məsələlər üzrə baxışlarının eyni olması onları beynəlxalq münasibətlər sistemində də bir cinahda birləşdirir. Mövcud amil, iki ölkə arasında bu cür dinamizm iqtisadiyyatlarda ixraca əsaslanan artım, onun şaxələndirilməsi, xarici valyuta axını üçün mühüm imkanlar yaradır. 
    İki ölkə arasında əlaqələrin inkişafına zəmin olan hüquqi baza mövcud olmaqla yanaşı, çoxşaxəlidir. Cənab Prezident İlham Əliyevin iyulun 11-12-sini əhatə edəcək Pakistana bu dəfəki dövlət səfərinin xarakteristikası isə potensial sahələrlə yanaşı, xaricdən cəhd edilən problemlər və məhdudiyyətlər də daxil olmaqla, əlaqələrin cari xarakteri və dinamikasının ətraflı qiymətləndirilməsi kimi təqdim edilməlidir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31