Sağlam ruhda olan bütün tərəfdaşlığa birmənalı şəkildə hə deyirik- ÖZƏL

"Azərbaycan -NATO münasibətləri hələki öz qüvvəsini saxlayan bir dəyərdir. Çünki Azərbaycan hər hansı bir təşkilat, dövlət və ya bloqla münasibətlərinə çox ciddi  yanaşır". 

Bu fikirləri politoloq Tofiq Abbasov Olaylar.az-a açıqlamasında bildirib:

"Digər tərəfdən həmişə çalışıb ki, məhsuldarlığa qulluq edən tərzdə öz yanaşmasını, münasibətini formalaşdırsın. Bu vaxta qədər NATO-da bir təhlükəsizliyi qorumaq baxımından bir çox missiyalarda Azərbaycan yaxından iştirak edib. İraq hərbi kampaniyasında, digər tərəfdən Əfqanıstanda təhlükəsizlik məsələlərində çox məhsuldar şəkildə iştirak etdik. Hərbçilərimiz öhdələrinə götürdükləri vəzifəni yerinə yetirdilər. Həm yerli əhali, həm də müttəfiqlərin hərbi kontingentləri ilə çox yaxşı münasibətlərimiz formalaşdı. Ona görə də Azərbaycan ordusunun nümayəndələri çox yüksək peşəkarlıq nümunəsi ilə Əfqanıstanda son sıralarda tərk etdi. Sülh naminə tərəfdaşlıq proqramına əsasən bir çox postsovet məmləkətkəri bu formatda NATO ilə əməkdaşlıq edirlər. Biz daim dediyimiz sözə əməl edirik. Həm qarşımızda olan öhdəlikləri düzgün qavraya bilirik, həm yeni təkliflərimizi veririk. Çünki söhbət əməkdaşlıqdan gedirsə, ilk növbədə tərəflər gərək bir-birlərini eşidə bilsinlər. Bu çox vacib məsələdir. Onlar bir-birlərini dinləyib düzgün nəticə çıxardıqları halda həmişı bu tərəfdaşlığa böyük bir ehtiyac olduğunu göstərirlər. Dünya çapında risklərin sayı durmadan artır. Hər bir ölkənin özünün çevik reaksiya vermə qabiliyyəti üzə çıxır. Bu baxımdan Azərbaycan qətiyyən gözükölgəli deyil. Əksinə Azərbaycan son dərəcə hazırlıqlı bir qüvvə kimi çıxış edir. Bəli, NATO çox böyük, qüdrətli bir hərbi-siyasi təşkilatdır. Bizim istər ABŞ, istər Avropa ölkələri ilə bərabər hüquqlu münasibətlərimiz var. Göstəririk ki, bəli, əgər üzərimizə öhdəlik götürmüşüksə, biz onun mütləq ki, həllinə nail olacağıq. Yəni öhdəliklərə dönük çıxmayan ölkələr ciddi qüvvələrdir. Bu baxımdan biz, həqiqətən də, birincisi, yüksək bacarıq nümayiş etdiririk. Digər tərəfdən, tək bizə dair istiqamətlənmiş məsələlərin həllinə nail olmuruq, həmçinin  öz töhfələrimizi veririk, baxışlarımızı bildiririk, innovativ yanaşmalarımızı üzə çıxarırıq və fərəhləndirici haldır ki, Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində Azərbaycanın göstəriciləri yüksəkdir, həm də bizə böyük inam və hətta etimad var. Ona görə həm rəsmi Vaşinqton olsun, həm Brüssel olsun ki, NATO nun mənzil qərargahı Brüsseldə yerləşir, biz bu qütblərlə həqiqətən də münasibətlərimizdən birincisi sui-istifadə etmirik, çalışırıq göstərək ki, biz həqiqətən də etibarlı tərəfdaşıq və istər qaynar nöqtələrdə, istər qeyri bölgələrdə əgər söhbət bizim əməkdaşlığımızdan gedirsə, biz ona hazırıq. O proqramların həllinə, ya onların icrasına əliboş gəlmirik, Çünki 30 ildən artıqdır biz müstəqil dövlətik və birincisi, hərbi gücümüz formalaşıb. Digər tərəfdən, biz güclü ordu qura bilmişik və burada biz gizlətmirik ki,  NATO-nun Türkiyə kimi qüdrətli ölkəsi ilə bizim çox sıx əməkdaşlığımız var. Digər tərəfdən, biz müttəfiqlərik və bizim ordumuzun da NATO-nun normalarına, standartlarına yiyələnməsi böyük bir uğurumuzdur. Bu baxımdan da heç də gizlətmirik ki, bəli, əgər bir halda ki, NATO mütərəqqi üsullar, yanaşmalar tətbiq edir, biz onlara şərik çıxa bilərik. Amma bəzi hallarda isə biz kortəbii şəkildə istər NATO-nun, istər ya üzvlərinin baş qərargahının, belə deyək də, bir o qədər də bizə uyğun gəlməyən proqramlarının icrasına  dərhal müsbət cavab vermirik. Çünki bizim dövlətimizin özünün xarici siyasət konsepsiyası var, təhlükəsizlik məsələlərinə özümüzün baxışımız var. Bütün bu proseslərin hamısının kontekstində biz çalışırıq ki, elə işlərə  qol qoyaq ki, onlardan zərər yaranmasın. Əksinə, digər ölkələrin maraqlarına xələl gəlməsin. Ona görə də biz dünya səviyyəsində hərbi, siyasi münasibətlər kontekstində də son dərəcə səlis tərpənən bir məmləkət kimi artıq nüfuz qazanmışıq və ona görə də bizim iştirakımızın böyüməsinə, hətta NATO-nun rəsmi dairələri də maraq göstərir, hətta arzu edirlər. Təbii, biz sağlam ruhda olan bütün tərəfdaşlığın hamısına birmənalı şəkildə hə deyirik. Çünki onlar bizə həm təcrübə gətirir, digər tərəfdən, biz öz təcrübəmizi bölüşürük və nəhayət, dünyanın həssas bölgələrindən birində yerləşdiyimizə görə də çalışırıq ki, burada da bizim NATO ilə tərəfdaşlığımız öz müsbət çalarlarını üzə çıxartsın".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31