Azərbaycanla Ermənistan arasında danışıqlar yalnız ikili platforma çərçivəsində aparılır- ÖZƏL
11 İyul 2024 15:22 Siyasət"Mən ABŞ Dövlət katibi Antoni Blinkenin təşkilatçılığıyla Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşlərini sülh danışıqları kimi dəyərləndirmirəm".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib:
"Azərbaycanla Ermənistan arasında danışıqlar ancaq və ancaq ikili platforma çərçivəsində aparılır, bu görüş isə onun uğurlu və tez nəticələnməsi üçün Blinkenlə komandasının səylərini davam etdirdiyinin sərgilənməsi idi.
Amma göstərdikləri səylər o zaman müsbət nəticə verərdi ki, ABŞ rəsmiləri vaxta yox, fakta fokuslanardırlar. Yəni hətta şantaja belə əl ataraq bir aya kimi sülh anlaşması bağlana bilər fikirlərini çeynəmək və çeynətdirməkdənsə, diqqəti ona maneçilik törədən fakta yönəltməlidirlər. Deməlidirlər ki, Ermənistan öz konstitusiyasına dəyişiklik edərsə, sülh anlaşmasının yolu da açılmış olar".
Alim Hüseynli
Olaylar.az