Zirvə görüşü mühüm tarixi əhəmiyyət kəsb edir- ÖZƏL

"Azərbaycan daim Türk dünyasının əlaqələrinin güclənməsinə öz töhfəsini verib və bundan sonra da Türk dövlətlərinin birliyi amallarına sadiq qalacaq".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib:

"Ötən illər ərzində türk dövlətləri arasında əlaqələr, inteqrasiya davamlı olaraq genişlənib. Türk ölkələrinin yüksəksəviyyəli rəsmiləri həm ikitərəfli platformalarda, həm də Türk Dövlətləri Təşkilatının  Zirvə görüşləri və digər tədbirləri çərçivəsində tez-tez bir araya gələrək fəaliyyətlərinin koordinasiya edilməsi məqsədilə aktual müzakirələr aparırlar. Belə görüşlərdə bir qayda olaraq keçilmiş yola nəzər salınır, yeni hədəflər və fəaliyyət istiqamətləri müəyyənləşdirilir. Bu baxımdan, iyulun 6-da Qarabağın incisi Şuşa şəhərində TDT-nin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi böyük əhəmiyyət kəsb edir".
Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31