Azərbaycan-NATO münasibətləri intensiv münasibətdir- ÖZƏL
11 İyul 2024 15:16 Siyasət"NATO-Azərbaycan arasındakı münasibətlər artıq 30 illik bir dövrü əhatə edir. Bu dövr ərzində kifayət qədər məsafə qət edilib. Azərbaycan NATO-nun yaxın tərəfdaşlıq proqramına cəlb edilib".
_(1).jpg)
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"Azərbaycan NATO-nun müəyyən tələblərinə qatılıb, o cümlədən sülhməramlı missiya ilə birgə fəaliyyətdə olub. O baxımdan Azərbaycan-NATO münasibətlərinin intensiv münasibət olduğunu deyə bilərik. Amma Azərbaycanın NATO üzvü olması və s. kimi məsələlərlə bağlı siyasi qərarlar yoxdur. Azərbaycan reallıqları qəbul edərək heç bu istiqamətdə fəaliyyət də göstərmir. Amma nəzərə almalıyıq ki, biz Azərbaycan dövləti olaraq NATO-nun ikinci ən böyük gücünə sahib qardaş Türkiyə ilə hərbi, siyasi müttəfiqliyimiz var. Bu Şuşa Bəyannaməsi ilə özündə əks olunub. Bu baxımdan Azərbaycanın NATO ilə münasibətləri kifayət qədər effektiv bir münasibətdir. Müstəqil dövlətin həyata keçirmək istədiyi və öz təhlükəsizliyinin təminatı ilə bağlı balanslaşdırılmış bir siyasətə əsaslanır. NATO ilə münasibətlər də məhz bunun üzərində qurulur".
Zeynəb Rzayeva