Azərbaycan Qoşulmama Hərəkatına yeni nəfəs verdi- ÖZƏL
11 İyul 2024 12:49 Siyasət"Məhz prezident İlham Əliyevin təşəbbüsləri ilə hələ əsası uzun illər əvvəl qoyulmuş, lakin beynəlxalq arenada söz və nüfuz sahibi ola bilməyən, BMT-dən sonra dünyanın ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına yeni nəfəs verilməsi mühüm siyasi hadisə idi". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı deyib: "Bu hərəkatın fəaliyyətinin canlandırılması ilə dünyanın bütün dövlətlərinin coğrafiyasının ölçüsündən, əhalisinin sayından asılı olamayaraq söz demək hüquqlarının tanınması istiqamətində atılan addımlar, inkişaf etmiş dövlətlərlə inkişaf etməkdə olan dövlətlərin arasında həmrəyliyin güclənməsi Azərbaycanın xarici siyasətini vacib hissəsinə çevrildi. 4 il müddətində bu təşkilata sədrlik etməklə beynəlxalq münasibətlər sistemində status-kvonun müsbət və mütərəqqi istiqamətə dəyişməsi, COP29 kimi nəhəng beynəlxalq tədbirə ev sahibliyi hüququnun Azərbaycana verilməsi Türk Dövlətləri Təşkilatında təmsil olunan qardaş ölkələrin vahid mövqedən çıxış etmələri və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi istiqamətində daha cəsarətli addımlar atmaları üçün əlavə güc verir".
Alim Hüseynli
Olaylar.az