Azərbaycan daim Türk dünyasının birliyi naminə səylər göstərib- ÖZƏL

"Türk dövlətləri ilə əlaqələrin genişləndirilməsi və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev deyib: "Ölkəmiz davamlı olaraq Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərir. Türk Dövlətləri Təşkilatının əsası məhz Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2009-cu ildə Naxşıvanda qoyulub. Sonradan dövlətimizin başçısı TDT-nın funksianallığının daha da genişlənməsi ilə bağlı bir sıra təşəbbüslər irəli sürüb və bu təşəbbüslər dost dövlətlər tərəfindən məmnuniyyətlə qəbul olunub. Nəhayət iyulun 6-da Qarabağın incisi  Şuşa şəhərində TDT-nin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü baş tutub". 

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31