Türk dövlətlərinin birliyi ortaq mənəvi dəyərlərə və müştərək strateji maraqlara söykənir- ÖZƏL

"Şuşada Azərbaycan Respublikasının təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının "Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması" mövzusunda qeyri-rəsmi Zirvə görüşü keçirildi. Bu görüş Türk Dövlətləri Təşkilatının vahid ruhunun gücləndirilməsinə özünəməxsus töhfə vermiş oldu. Artıq Azərbaycan özünün xarici siyasətinin prioritet istiqamətini müəyyənləşdirib".

"Olaylar" xəbər verir ki, bunu YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov deyib: "Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir. Xüsusilə qeyd etməliyik ki, bu prosesdə dövlətimizin başçısı İlham Əliyevin xidmətləri danılmazdır. Onun milli maraqlara söykənən, müasir dövrün reallıqları və çağırışlarına cavab verən çoxşaxəli siyasətində türk dövlətləri ilə ortaq mənəvi dəyərlərə və müştərək strateji maraqlara əsaslanan münasibətlərin inkişafı prioritet təşkil edir, xüsusilə türk dünyasında əməkdaşlığın dərinləşməsinə, TDT-nin güclənməsinə böyük önəm verir. Xatırlatmaq yerinə düşər ki, 2009-cu il oktyabrın 3-də imzalanan Naxçıvan Sazişi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasında cənab İlham Əliyev ideya və təşəbbüsü mühüm rol oynayıb".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31