ÜST-nin nümayəndəsi Azərbaycana təşəkkür edib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Aİ-dəki nümayəndəsi Oksana Domenti Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyi, Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinə və BMT İnkişaf Proqramının (BMT İP) Avropa İttifaqındakı (Aİ) nümayəndəliyinə təşəkkürünü bildirib.

Olaylar xəbər verir ki, bu barədə ÜST-nin rəsmisi sosial şəbəkədə yazıb.

"Azərbaycan səfiri zati-aliləri Vaqif Sadıqov və BMT İP-nin Aİ-dəki nümayəndəliyinə Brüsseldə bu mühüm tədbiri təşkil etdiyinə və iqlim və səhiyyə perspektivlərini bölüşmək imkanına görə çox təşəkkür edirik", - deyə o qeyd edib.

Xatırladaq ki, iyulun 10-da Azərbaycanın AB yanındakı nümayəndəliyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) AB-dəki nümayəndəliyi ilə birgə "Ambisiya, həyata keçirmə və inklüzivlik vasitəsilə iqlim fəaliyyətinin gücləndirilməsi" mövzusunda konfrans təşkil ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31