Millət vəkili Milli Yaylaq Festivalına qatılıb

Millət vəkili, Dünya Alpaqut Federasiyanın prezidenti Jalə Əhmədova Alpaqutçular III Milli Yaylaq Festivalında iştirak edib.  "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Göygöl rayonunda keçirilən və 30-dan çox  ölkənin  qatıldığı festival maraqlı anlarla yadda qaldı.  Xan yaylağında orijinal üslubda "Yaylaq yurdu" adlı etnoqəsəbə və buradakı alaçıqlar, Cıdır meydanı, Yaylaq bazarı, Sənətkarlıq guşəsi, Dədə Qorqud ocağı, yarışlar üçün nəzərdə tutulmuş Cəng meydanı sanki bizi ulu babalarımızın yaşadığı dövrə səyahətə apardı.
Etnoqəsəbənin ərazisində keçirilən genişmiqyaslı el şənlikləri, Türk xalqlarının milli döyüş növlərini nümayiş etdirən  alpaqutlarımız və digər milli idman oyunlarının nümayişi festivalda iştirak edən çoxsaylı xarici qonaqlara və bizlərə unudulmaz anlar yaşatdı.
Xüsusilə Alpaqut döyüş ustalarının göstərdiyi nümunəvi çıxışlar həm qonaqların diqqətini cəlb etdi, həm də Dünya Alpaqut Federasiyasının rəhbəri olaraq məni qürurlandırdı. 
Bu tədbirin keçirilməsi ilə əlaqədar festivalın təşkilat komitəsinin üzvlərinə, Cavadxan Fondunun rəhbərliyinə və Festivalın ideya müəllifi Müzadil Həsənova təşəkkür edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31