Qarabağ Bəyannaməsi əməkdaşlıq üçün baza rolunu oynayacaq- ÖZƏL
10 İyul 2024 13:30 Siyasət"Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə Qarabağ Bəyannaməsinin imzalanması olduqca mühüm hadisədir. Şübhəsiz ki, Bəyannamədə qeyd olunan məqamlar Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək".

"Olaylar" xəbər verir ki, bunu millət vəkili Tamam Cəfərova deyib:
"Cənab Prezidentin də vurğuladığı kimi "İmzalanmış Qarabağ Bəyannaməsi, qəbul edilmiş qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcəkdir. Zirvə toplantısının həsr edildiyi nəqliyyat, əlaqələr, iqlim dəyişikliyi kimi çox vacib mövzular sözügedən sahələr üzrə türk dövlətləri arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini bir daha təsdiq edir.
Bu gün türkdilli dövlətlər arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü TDT-yə üzv olan ölkələr arasında əlaqələrin inkişafı və həmin ölkələrlə bağlı vacib məsələlərin müzakirəsi üçün mühüm platforma olacaq. Əminliklə deyə bilərik ki, nəticə etibarı ilə keçmişə nəzər salsaq, əldə edilən nailiyyətlərin gələcəkdə bu və digər hədəflərə çatmaqda baza rolunu oynayacaq".
Alim Hüseynli
Olaylar.az