TDT-nın gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir- ÖZƏL
10 İyul 2024 13:20 Siyasət"Artıq Azərbaycan özünün xarici siyasətinin prioritet istiqamətini müəyyənləşdirib. Belə ki, Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir".
"Olaylar" xəbər verir ki, bunu YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov deyib:
"Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir. Xüsusilə qeyd etməliyik ki, bu prosesdə dövlətimizin başçısı İlham Əliyevin xidmətləri danılmazdır. Onun milli maraqlara söykənən, müasir dövrün reallıqları və çağırışlarına cavab verən çoxşaxəli siyasətində türk dövlətləri ilə ortaq mənəvi dəyərlərə və müştərək strateji maraqlara əsaslanan münasibətlərin inkişafı prioritet təşkil edir, xüsusilə türk dünyasında əməkdaşlığın dərinləşməsinə, TDT-nin güclənməsinə böyük önəm verir. Xatırlatmaq yerinə düşər ki, 2009-cu il oktyabrın 3-də imzalanan Naxçıvan Sazişi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasında cənab İlham Əliyev ideya və təşəbbüsü mühüm rol oynayıb".
Alim Hüseynli
Olaylar.az