Cəmiyyət və dövlət insanların seçki hüququnun təmin edilməsində maraqlıdır - Fərhad Abdullayev
10 İyul 2024 12:34 SiyasətSeçki prosesi dinamik və inkişaf edən bir prosesdir. Seçki demokratik cəmiyyətin mühüm amillərindən biridir. Müasir Azərbaycanda demokratik seçki ənənələrinin formalaşması 1995-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən qəbul edilmiş Konstitusiyada öz əksini tapıb.
Olaylar xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə bildirib.
O qeyd edib ki, seçki prosesinin doğru, şəffaf və açıq-aydın keçirilməsi əsas amillərdən biridir.
"Seçki prosesində məhkəmələrin iştirakını siyasi çərçivədə qiymətləndirmək olmaz. Məhkəmələrin prosesdə iştirakı ona hesablanıb ki, cəmiyyət və dövlət insanların seçki hüququnun təmin edilməsində maraqlıdır. Qanuna riayət etmək seçkilərin uğurlu keçirilməsi üçün ən vacib məqamlardan biridir" - deyə F.Abdullayev qeyd edib.
Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.