Azərbaycan-NATO münasibətləri hazırda ən yüksək səviyyədə davam edir- ÖZƏL

"Azərbaycan NATO ilə müxtəlif səviyyələrdə daim əməkdaşlığa önəm veribdir. Biz bu gün hansısa bir hərbi təşkilata qoşulmuruq. Amma eyni zamanda, NATO-nun müəyyən missiyalarında Azərbaycan fəal şəkildə iştirak edirdi". 

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Bundan əvvəl NATO-nun Əfqanıstandakı sülh yaratma missiyasında da Azərbaycan hərbçiləri olub. Bu gün Azərbaycan NATO-nun ən güclü üzvlərindən biri olan Türkiyə ilə qardaşlıq və strateji müttəfiqlik münasibətlərinə malikdir. Yəni, Azərbaycan-NATO münasibətləri hazırda ən yüksək səviyyədə davam edir. Əlbəttə ki, iki ölkə arasındakı münasibətlərin bu qədər pik, maksimum səviyyədə davam etməsi vəziyyətin daha da yaxşılaşmağına səbəb olur. Azərbaycan heç bir hərbi təşkilata qoşulmasa da, NATO ilə müzakirələr, əməkdaşlıq davam edir. Bu gün Azərbaycanın NATO-nun Vaşinqtonda keçirilən toplantısına qonaq kimi dəvət edilməsi də NATO-nun Cənubi Qafqaz bölgəsinə, həmçinin Azərbaycana verdiyi önəmi növbəti dəfə nümayiş etdirir. Hesab edirəm ki, biz NATO ilə müxtəlif səviyyələrdə əməkdaşlığı və dialoqu davam etdiririk. Biz NATO üzvü olmasaq da, NATO ilə əlaqələrin davam etməsi və eyni zamanda, NATO-nun ən güclü tərəfdaşı olan Türkiyə ilə hərbi müttəfiqliliyimiz bizim üçün vacib əhəmiyyət daşıyır".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31