Tarix boyu Şuşada yaradılan zəngin mədəniyyət bütün Türk dünyasının sərvətidir- ÖZƏL
10 İyul 2024 11:54 Siyasət"Qarabağın incisi Şuşa şəhərində TDT-nin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi rəmzi məna daşıyır. Çünki keçən il sentyabrın 20-də Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Ermənistan 30 illik işğal dövründə Şuşada vandalizm əməlləri törətməklə yanaşı, özlərinə xas olan tərzdə Şuşanın simasını dəyişməyə, onu da erməniləşdirməyə cəhdlər göstəriblər. Ancaq bu alınmayıb". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev deyib:
"Şuşa hətta dağılmış vəziyyətdə də özünün azərbaycanlı ruhunu qoruyub saxlayıb. 2020-ci ilin 8 noyabrında qazanılan Şuşa Zəfəri bütün Türk dünyasının qürur mənbəyidir. Tarixin müxtəlif dönəmlərində ayrı-ayrı Türk etnoslarının göstərdikləri qəhrəmanlıqlar hər kəsə yaxşı məlumdur. Azərbaycan Ordusunun Şuşa Zəfəri də həmin qəhrəmanlıq tarixinin yeni bir şanlı səhifəsidir. Türk dövlətlərinin başçıları sammit günlərində Şuşanı gəzib, erməni vandalizminə şahidlik edib və həyata keçirilən bərpa işləri ilə tanış olublar.
Şuşa yalnız Azərbaycan və azərbaycanlılar üçün əziz olan bir şəhər deyil. Tarix boyunca Şuşada yaradılan zəngin mədəniyyət bütün Türk dünyasının sərvətidir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci il respublikamızda "Şuşa İli" elan olunub və xalqımız onun üçün çox əziz olan doğma şəhərin 270-ci ildönümünü təntənəli şəkildə qeyd edib. Eyni zamanda, Şuşa TÜRKSOY tərəfindən 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı", ICESCO tərəfindən isə 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan olunub".
Alim Hüseynli
Olaylar.az