MSK sədri seçki komissiyalarına xəbərdarlıq etdi

Tələbləri pozan seçki komissiyalarını cəzalandıracağıq.

Seçkiləri müşahidə üçün Azərbaycana bütün qitələrdən nümayəndə heyətləri gəlir - Məzahir Pənahov

Olaylar xəbər verir ki, bunu bu gün növbədənkənar parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə MSK sədri Məzahir Pənahov deyib.  MSK sədri bildirib ki, seçkidə insanlarla düzgün davranmayan, Seçki Məcəlləsinin tələblərini pozanlar cəzalandırılacaq:

"Biz belə hallarda məsələləri araşdıracağıq".

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31