“İslahatlara dəstək vermək üçün seçki prosesinə qoşuldum”- ÖZƏL
10 İyul 2024 10:50 SiyasətTəhsil üzrə ekspert, tanınmış ictimai xadim Kamran Əsədov parlament seçkilərinə qatılıb. "Olaylar" xəbər verir ki, bu barədə onun özü məlumat verib: " 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün insanı ilə, daşı ilə, torpağı ilə mənə doğma olan, əziz olan Neftçala rayonundan, 70 saylı seçki Dairəsindən deputatlığa namizədliyimi irəli sürdüm və imzatoplama kampaniyasına start verdim.
Keçən seçkidən sonrakı 4 il ərzində Neftçalada böyük işlər görülüb və indi də davam edir. Neftçalada təkcə ölkə əhəmiyyətli yox, dünya miqyasında olacaq enerji və digər vacib layihələr həyata keçirilir. Düşünürəm ki, Neftçalamın daha da inkişafına təkan verəcək bilik və bacarıqlara sahibəm".
Alim Hüseynli
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31