Bu, Gürcüstan Azərbaycan əlaqələrinə də zərbədir...- ÖZƏL

"Bu gün bəzi Qarabağ revanşistləri öz varlıq missiyalarını ancaq Azərbaycan ərazilərinə iddialar və bütövlükdə neofaşist iddialar ətrafında görürlər".



Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Təəssüflər olsun ki, separatçı tör-töküntülərin bu fəaliyyətləri başqa-başqa ölkələrin bank və s. siyasi strukturlarını da prosesə cəlb etmək fonunda baş verib. Artıq birinci dəfə deyil ki, hansısa bir formada Qarabağ məsələsində revanşizm düşüncəsini daşıyan Ermənistandakı bəlli siyasi dairələr Azərbaycan əleyhinə fəaliyyət göstərməsin və ya təşkilatlanmasın. Bu adamların varlıq missiyaları bütövlükdə ancaq revanşizm duyğuları üzərində davam edir. Bu gün də biz revanşizmin açıq-aydın formada təzahürünü görməkdəyik. Düşündürücü məsələ odur ki, bu gün bir az daha artıq qazanmaq üçün dünyanın bəzi bankları və ümumiyyətlə, iqtisadi təşkilatları siyasi və beynəlxalq hüquqi baxımdan etik normaları gözləmirlər. Əgər bu gün hansısa separatçı QHT-nin maliyyələşməsində Bank of Georgia yaxından iştirak edirsə, bu özü kifayət qədər qeyri-etik bir addımdır. Çünki, Gürcüstanın özü hazırda separatçılıqla üz-üzədir. Abxaziya ilə Cənubi Osetiya məsələsində haqsızlıqlara məruz qalır. Belə olan təqdirdə Bank of Georgia-nın separatçılığı dəstəkləməsi və açıq formada bu prosesdə iştirak etməsi beynəlxalq hüququn kobud şəkildə tapdalanması və Gürcüstan-Azərbaycan əlaqələrinə də zərbədir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31