Qarabağ bəyannaməsinin imzalaması dünyaya bir mesajdır- ÖZƏL

"Şuşada Türk Dövlətləri Təşkilatının Zirvə toplantısının keçirilməsi olduqca böyük, önəmli hadisədir. Bu hadisə gələcəkdə Türk Dövlətləri Təşkilatının iqtisadi,siyasi və hərbi xarakterli alyansa çevrilməsi istiqamətində müsbət nəticələr verə bilər".



Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib:

"Belə bir toplantıda Türk dövlətləri dövlət başçılarının Qarabağ bəyannaməsi imzalaması da dünyaya bir mesajdır. Türk dövlətləri Azərbaycanı həmişə Qarabağ məsələsində dəstəkləyiblər. İndi də Qarabağ bəyannaməsinin məhz Türk Dövlətləri Təşkilatının Şuşadakı Zirvə görüşündə imzalanması bütün dünyaya, o cümlədən də beynəlxalq ermənipərəst siyasi idarə mərkəzlərinə birbaşa mesajdır ki, bu məsələ artıq bitib. Bundan sonra bu mövzunun hansısa səviyyədə, hansısa səbəbdən, hansısa bəhanə ilə gündəmə gətirilməsi tamamilə absurd və məntiqsizdir. Bu baxımdan Türk Dövlətləri Təşkilatı ermənipərəst Qərb dairələrinə Qarabağın əbədi şəkildə unudulması və Azərbaycanın tərkib hissəsi olması haqqında sərt mesaj vermiş oldular. Bu mesaj yaxın gələcəkdə öz təsirini göstərəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31