Azərbaycan daim türk dünyasının birliyinə töhfələr verməyə səy göstərib- ÖZƏL
9 İyul 2024 14:44 Siyasət"Azərbaycanın ev sahibliyi etdiyi tədbirlər sırasında iyulun 5-6 tarixlərində Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü də xüsusilə diqqətdə oldu". "Olaylar" xəbər verir ki, bunu YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov deyib: "Cənab İlham Əliyevin Zirvə görüşündəki çıxışında vurğuladığı kimi, türk dövlətlərinin liderləri azad Qarabağda və Şərqi Zəngəzurda olublar. Onların işğaldan azad edilmiş ərazilərimizə səfərləri qardaşlıq həmrəyliyinin təzahürü kimi qeyd edildi. O da vurğulandı ki, bu birlik, həmrəylik tarixi sahibinə qovuşan torpaqlarda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində də özünün aydın ifadəsini tapır. Dövlət başçısı İlham Əliyev bildirdi: "Fürsətdən istifadə edərək, qardaşlığımızın rəmzi olan məktəb və yaradıcılıq mərkəzinə və eləcə də tikiləcək məktəblərə görə qardaş ölkələrin dövlət və hökumət başçılarına bir daha təşəkkürümü bildirirəm."
Azərbaycan daim türk dünyasının birliyinə, həmrəyliyinə töhfələr verməyə səy göstərib. Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi görüşlərinin keçirilməsinin təşəbbüskarı da Prezident İlham Əliyevdir. Dvlətimizin başçısının çıxışında qeyd etdiyi kimi, imzalanan Qarabağ Bəyannaməsi, qəbul etdiyimiz qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək".
Alim Hüseynli
Olaylar.az