Azərbaycanın prioritetləri sırasında inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır- ÖZƏL

"Astana Zirvə görüşündə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) əsas mövzulardan oldu. Çıxışlarda Azərbaycanın ev sahibliyi edəcəyi COP29-a uğurlar arzulandı və onun məhz müvəffəqiyyətlə keçəcəyinə inam ifadə olundu". "Olaylar" xəbər verir ki, bunu YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov deyib:
"ŞƏT+" formatında  görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bu il təxminən 200 ölkənin yekdil dəstəyi ilə ölkəmizin COP29-a ev sahibliyi edəcəyinə diqqəti yönəltdi. "Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik. Mən artıq ŞƏT-ə üzv dövlətlərin liderlərinə rəsmi dəvət məktubları ünvanlamışam və həmkarlarımı noyabrda Bakıda görəcəyimə ümid edirəm" söyləyən dövlətimizin başçısı onu da qeyd etdi ki, biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq. Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Ölkəmiz inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib".
Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31