Azərbaycan Avrasiyanın nəqliyyat-logistika qovşağına çevrilib- ÖZƏL
8 İyul 2024 15:11 Siyasət"Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilın Azərbaycan ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlıq yüksək səviyyəyə çatıb. Eyni zamanda Azərbaycanın Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yoluna etdiyi sərmayələr bu yolun illik ötürücülük qabiliyyətini 1 milyon tondan 5 milyon tona qədər artırıb. Tərəfdaşları ilə birlikdə Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyən Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir. Bu da öz növbəsində Azərbaycanın nəqliyyat imkanlarını artıracaq. Uğurla fəaliyyət göstərən Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu da daşınmaların iki dəfə artırılmasına çalışır". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib: "Astana şəhərində "ŞƏT plyus" formatında keçirilmiş görüşdə ölkəmizin nəqliyyat-logistika qovşağı kimi mövqeyini bir daha vurğulayan Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etməsini, Ermənistanın otuzillik işğalına birdəfəlik son qoymasını da mötəbər tədbirdə bir daha vurğulayıb. Dünya ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Ermənistanın otuzillik işğalına son qoymaqla BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsini icra edən Azərbaycanın haqq savaşı beynəlxalq hüquq və tarixi ədalətin bərpası kimi qiymətləndirilməlidir".
Alim Hüseynli
Olaylar.az