Azərbaycan dünya iqtisadiyyatına böyük töhfə verən ölkəyə çevrilib- ÖZƏL

"Qazaxıstanın paytaxtı Astana şəhərində "Şanxay Əməkdaşlıq Təşkilat"ının Zirvə görüşünə Prezident İlham Əliyevin dəvət olunması ölkə başçımıza olan böyük hörmət və ehtiramın nümunəsi, eləcə də Azərbaycanın dünyada nüfuzlu bir ölkə olmasının sübutudur".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, professor Kamilə Əliyeva deyib:

"Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan tək regionda deyil, beynəlxalq aləmdə çox əhəmiyyətli bir dövlətə, eləcə də dünya iqtisadiyyatına böyük töhfə verən ölkəyə çevrilmişdir. Qazaxıstanda ölkə başçımız ŞƏTə üzv olan bir sıra ölkələrin dövlət və hökumət başçıları ilə görüşlər keçirtdi və dövlətlərarası əlaqələrin daha da inkişaf etdirilməsi müzakirə edildi. Bu baxımdan son dövrlər Azərbaycanla Çin arasında iqtisadi, siyasi əlaqələr getdikcə dərinləşməkdədir. Çin hər zaman Azərbaycanın ərazi bütövlüyü və suverenliyini, Azərbaycan isə Çinin "Vahid Çin" siyasətini dəstəkləyir. Azərbaycanın Xarici İşlər Nazirliyi  Tayvanda keçirilən seçkiləri tanımadığını bildirən bəyanatla çıxış etmişdir. Azərbaycan Tayvanın Çinin bir hissəsi olduğunu dəfələrlə vurğulamışdır. Qazaxıstanda dünyanın iqtisadi və siyasi cəhətdən lider dövlətlərindən olan Çinlə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin qəbul edilməsi Azərbaycanın xarici siyasətinin uğurudur".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31