“Bizim ailəmiz Türk Dünyasıdır” ifadəsini sübut edən sənəd-Qarabağ bəyannaməsi- ÖZƏL

"Şuşada imzalanan Qarabağ bəyannaməsi tarixi əhəmiyyətə malik sənəddir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:

"Burda Türk Dünyasının daha da gücləndirilməsinə xidmət edəcək amillər var. Bu, bir daha onu göstərir ki, Türk Dünyası Azərbaycanın haqqı işinə dəstək verir. Bu sənəd Prezident İlham Əliyevin "Bizim ailəmiz Türk Dünyasıdır" ifadəsinin nə qədər doğru olduğunu bir daha sübut etdi. Türk Dövlətləri arasında əlaqələrin gücləndirilməsi, Türk Dövlətləri Təşkilatının daha da inkişaf etdirilməsi xüsusi bir məsələdir. Biz, hazırda dünyada mövcud olan təşkilatların, istər Şərq olsun, istər Qərb, böhran içərisində olduğunun şahidi oluruq. Həmin təşkilatların artıq dağılma prosesi gedir. Avropa İttifaqının daxilində çox ciddi şəkildə böhran var. Ancaq buna nəzərən Türk Dövlətləri arasındakı əməkdaşlığın gün keçdikcə güclənməsi və bu əməkdaşlığın mərkəzində Azərbaycanın dayanması çox əlamətdar hadisədir. Azərbaycan Prezidenti Cənab İlham Əliyev Türk Dövlətlərinin əlaqlərinin daha da gücləndirilməsi, təşkilatın əhəmiyyətli rola malik olması, Türk dövlətlərinin bir-birinə inteqrasiyası, təşkilatın vahid mərkəzdə birləşməsi üçün əməli şəkildə çalışır. Dövlət başçısının hazırkı xarici siyasətindəki əsas məsələ məhz Türk dövlətlərinin inteqrasiya prosesinin gücləndirilməsidir. Xüsusilə də Şuşada belə əlamətdar tədbirin keçirilməsi və Qarabağ bəyannaməsinin imzalanması Azərbaycanın işğaldan azad edilmiş bölgələrinin inkişafında Türk dövlətlərinin üstün mövqeyinin olduğu göstərir. Şuşa Türk mədəniyyətinin paytaxtıdır. Bundan sonra işğaldan azad edilmiş ərazilər Türk dövlətləri üçün əhəmiyyətli ərazilər olacaq. Bu, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin təhlükəsizliyinin ciddi təminatına xidmət edəcək sənəddir. Dövlət başçısının həyata keçirdiyi siyasət məhz Azərbaycanın müharibədə qazandığı qalibiyyətini diplomatik masada daha da gücləndirməyə xidmət edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31