Gücümüz türk dünyasının birliyi və həmrəyliyindədir- ÖZƏL

"Şuşada keçirilən qeyri-rəsmi sammitdə Türkdilli ölkələrin dövlət başçılarının çıxışlarında tarixi Zəfərimizin yol açdığı imkanlardan geniş bəhs olundu".



"Olaylar" xəbər verir ki, bunu millət vəkili Əliabbas Salahzadə deyib:

"Sammitdə Zirvə görüşünün məhz Şuşada keçirilməsinin öz rəmzi mənası olduğu bildirildi. Qarabağın incisi sayılan bu müqəddəs şəhər Azərbaycan xalqının cəsarətini, bənzərsiz mətanətini, əsl igidliyini və birliyini açıq şəkildə göstərən tarixi Zəfərin parlaq rəmzidir. Belə bir əminlik də ifadə edildi ki, birgə səylərimiz nəticəsində  bu bənzərsiz şəhərin nümunəsində bütün Qarabağ gələcəkdə əbədi dostluğumuzun həqiqi rəmzinə çevriləcək. Bu çağırış da səsləndirildi ki, ən böyük gücümüz türk dünyasının birliyi, bərabərliyi və həmrəyliyidir."
Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31