Ölkəmizin beynəlxalq müstəvidə rolunun artmasında fəal xarici siyasət kursu yürüdəcəyik - XİN rəhbəri

Qarşıdakı hədəflərimiz çoxdur, xarici siyasət kursunu müəyyən edən Azərbaycan Prezidenti İlham Əliyev müəyyən edib ki, Azərbaycanın xarici siyasəti milli maraqlara cavab verən siyasət olmalıdır.

Olaylar xəbər verir ki, bunu Azərbaycan carici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

"Ölkəmizin beynəlxalq müstəvidə rolunun artmasında fəal xarici siyasət kursu yürüdəcəyik. Ölkəmizə qarşı potensial təhdid olan şeyləri öncədən müəyyən edərək düzgün siyasət yürütmək müstəsna əhəmiyyətə malikdir", - o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31