Vahid Azərbaycan ərazisində keçiriləcək parlament seçkiləri- ÖZƏL

Bu parlament seçkilərini digərlərindən fərqləndirən cəhətlər çoxdur. Torpaqlarımız azad ediləndən sonra ilk dəfə parlament seçkiləri keçirilir. Bu seçkilər ilk dəfə vahid Azərbaycan ərazisində keçiriləcək".



Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:

"Bundan əvvəl bütün Azərbaycanı əhatə edən prezident seçkiləri keçirildi və dövlət başçısı Cənab İlham Əliyev böyük səs üstünlüyü ilə yenidən Azərbaycanın prezidenti seçilmişdi.
Fəaliyyətini dayandıran parlamentin fəaliyyətini nisbətən qənaətbəxş etmək olar. Parlamentdə kifayət qədər problemlər var idi. 2020-ci ildə parlament seçiləndə gözləntimiz o idi ki, parlament demokratik mühit, geniş müzakirə meydanı olacaq. Təəssüf ki, 4 il müddətində monaton parlament gördük. Heç bir cəhətinə görə fərqlənmədi, amma uğurları da var idi. Xarici siyasətdə kifayət qədər böyük uğurlar qazandı. Parlamentin sədri Sahibə Qafarova başda olmaqla parlament diplomatiyası istər müharibə, istər posmüharibə dövründə çox aktiv şəkildə fəaliyyət göstərdi. 
Yeni çağırılacaq parlamentdən isə gözləntilər təbii ki, böyükdür. Fərqli fikirli insanları parlamentdə görməyi arzu edərdim. Məsələn politoloqları, siyasi sferadan olan ekspertləri, iqtisadçı, hərbi eskpertləri, digər siyasi partiyadan olan insanları parlamentdə görmək istərdim. Cəmiyyətdə kifayət qədər rol oynayan aktiv gənclər var. Həmin gənclərin də parlamentdə təmsilçiliyi arzuolunandır. Parlamentin əsas missiyası həm ölkədaxili, həm ölkəxarici məsələlərin müzakirəsi ilə məşğul olmaq olacaq. Daha dinamik, güclü və demokratik müzakirə meydanı olan parlament görmək istəyiril. Arzumuz ən çox budur ki, parlamentin deputatları həm ictimaiətə, həm də parlamentin özündə müzakirə zamanı kifayət qədər aktiv olsunlar. Digər çağırışlardan fərqli olaraq danışsınlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31