Qarabağ Bəyannaməsi TDT-nın daha da güclənməsinə töhfələr verəcək- ÖZƏL

"Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitində imzalanan Qarabağ  Bəyannaməsi, Prezident İlham Əliyevin bildirdiyi kimi Türk dünyasının həmrəyliyinə və Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun daha da güclənməsinə töhfələr verəcək". 

"Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, millət vəkili Rəşad Mahmudov deyib:

"Bəyannamədə bir daha Türk dünyası regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan Türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olduğu dünyaya elan edildi. Bundan başqa, sənəddə Türk xalqlarının qitə miqyasında töhfələri, qlobal siyasət, iqtisadiyyat və sivilizasiyaların inkişafında tarix boyu oynadığı rolun ən yüksək dəyəri vurğulandı. TDT-yə üzv ölkələrin liderləri ildə bir dəfə Dövlət Başçıları Şurasının qeyri-rəsmi görüşlərinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin təklifini alqışladılar. Bundan başqa, bəyannamənin Azərbaycan üçün strateji əhəmiyyəti həm ondan ibarətdir ki, sənəddə TDT-nin qeyri-rəsmi Zirvə görüşünün 2023-cü ildə "Türk dünyasının mədəniyyət paytaxtı" olmuş Şuşa şəhərində keçirilməsinin tarixi dəyəri vurğulanır".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31