Ceyhun Bayramov TDT-dən olan həmkarlarına Ermənistanla normallaşma prosesinin faktiki vəziyyəti barədə danışıb
6 İyul 2024 10:08 SiyasətXarici işlər naziri Ceyhun Bayramov Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT Xarici İşlər Nazirləri Şurasının iclasında həmkarlarına Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin faktiki vəziyyəti barədə məlumat verib.
Olaylar xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, nazir regional hadisələr, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri barədə həmkarlarına geniş məlumat verib.
Həmçinin TDT-nin gücləndirilməsi təşəbbüsləri, təhlükəsizlik, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat-kommunikasiya, ətraf mühit və s. sahələrdə sektorlararası əməkdaşlığın perspektivləri vurğulanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31