Şuşada TDT Xarici İşlər Nazirləri Şurasının İclası başlayıb

Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb.

Olaylar xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

İclas TDT-nin dövlət və hökumət başçılarının Zirvə görüşü çərçivəsində baş tutur.

Toplantıda çıxış edən nazir bu mühüm görüşün təşkilatın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib: "Əminik ki, bu mühüm görüş təşkilatın və mövcud əməkdaşlıq potensialının maksimuma çatdırılmasına töhfə verəcək".

İclasdan əvvəl XİN başçıları xatirə fotosu çəkdirib.

Şuşada TDT Xarici İşlər Nazirləri Şurasının İclası başlayıb (FOTO)

Şuşada TDT Xarici İşlər Nazirləri Şurasının İclası başlayıb (FOTO)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31