Ərdoğan: "Türkiyə gələcəkdə ŞƏT-in daimi üzvü olmağa ümid edir"
5 İyul 2024 16:22 SiyasətTürkiyə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daimi üzv olmağa ümid edir və buna heç bir maneə görmür.
Olaylar.az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Bizim mövqeyimiz ondan ibarətdir ki, bizi təşkilata dialoq tərəfdaşı kimi deyil, təşkilatın digər üzvləri kimi qəbul etməlidirlər. İran nəhayət ŞƏT-ə qoşulub, Pakistan da onun üzvüdür. Hazırda ŞƏT-in 9 daimi üzvü var. Türkiyənin bu ölkələr sırasında olacağına şübhə yoxdur. Doğrudur, bu, bir qədər vaxt apara bilər", - o vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31