Zəngəzur dəhlizi beynəlxalq nəqliyyat qovşağının yaranmasına səbəb olub - ÖZƏL

"Bu gün Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır".
 

"Olaylar" xəbər verir ki, bunu YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev deyib: "Şərq-Qərb və Şimal-Cənub marşrutları ilə Azərbaycan ərazisindən keçən yük daşımaları hər il artmaqdadır. Prezident İlham Əliyevin müəllifi olduğu böyük iqtisadi platformanın bir hissəsi olan Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi hər il artır. Beynəlxalq iqtisadi əhəmiyyətə malik bu limanın istifadəyə verilməsi Xəzər dənizində logistika infrastrukturuna Azərbaycanın vacib bir töhfəsidir. Torpaqlarımız işğaldan azad edildikdən sonra Zəngəzur dəhlizi beynəlxalq nəqliyyat qovşağının yaranmasına səbəb olmuşdur. Zəngəzur dəhlizi region dövlətlərilə yanaşı Avropanı Asiya ilə birləşdirən ən səmərəli marşrut dəhlizi olacaq. Zəngəzur dəhlizinin istifadəyə verilməsi tranzit ölkə kimi Azərbaycana mənfəət gətirməklə yanaşı digər dövlətlər üçün də iqtisadi baxımdan çox səmərəli marşrut xətti olacaq".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31