Azərbaycan BMT TŞ-nın otuz il kağız üzərində qalmış 4 qətnaməsini icra etdi- ÖZƏL

"Prezident İlham Əliyevin 4 iyul 2024-cü il tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən "ŞƏT plyus" formatında görüşdə çıxışı ölkələrimiz arasında mövcud olan etibarlı əməkdaşlıq əlaqələrinin bir daha təsdiqi oldu".
"Olaylar" xəbər verir ki, bunu deyən YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyevin sözlərinə görə, son iki il ərzində Azərbaycan Prezidenti Qazaxıstana dörd dəfə səfər edib, Qazaxıstan Prezidenti isə üç dəfə Azərbaycana səfər edib: "Fəal qarşılıqlı səfərlər Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisidir. Prezident İlham Əliyev çıxışında həmçinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etməsindən və Ermənistanın otuzillik işğalına son qoymasından bəhs etdi. Bu, beynəlxalq hüquq və tarixi ədalətin bərpası kimi qiymətləndirilməlidir. Azərbaycan Ermənistanın otuzillik işğalına son qoymaqla BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsini icra etdi".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31