Ermənistana yeni konstitusiya lazımdır - Paşinyan
5 İyul 2024 10:23 SiyasətErmənistanın baş naziri Nikol Paşinyan ölkəyə yeni konstitusiyanın lazım olduğunu deyib.
Olaylar xəbər verir ki, Paşinyan bu fikirləri Ermənistanın Konstitusiya Günü münasibətilə erməni xalqına ünvanladığı təbrikdə səsləndirib.
"Xalq yeni konstitusiyanı özü tərəfindən hazırlanıb və qəbul olunmuş hesab edəcək, orada yazılanlar onun yaratdığı dövlət, insanlar və vətəndaşlar arasındakı münasibətlərə dair təsəvvürləri olacaq", - o deyib.
Onun sözlərinə görə, hazırda Ermənistan vətəndaşları konstitusiyanın hakimiyyət tərəfindən hazırlandığını və tətbiq olunduğunu hesab edir
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31