Azərbaycan ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir- ÖZƏL

"Şanxay Əməkdaşlıq Təşkilatının toplantısına cənab Prezidentimiz İlham Əliyevin ikinci dəfə dəvət olunması şəxsi nüfuzu və əməkdaşlıqla bağlıdır".



Olaylar xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı deyib:

"Dövlət başçımızın " ŞƏT plyus" formatındakı  toplantıda çıxışında ən vacib məsələlərdən biri həyata keçirilən beynəlxalq layihələrin nəticəsində Azərbaycanın  nəqliyyat-kommunikasiya mərkəzinə çevrilməsi və dünya siyasətində yerinin  möhkəmləndirilməsinin vurğulanmasıdır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri məsələsində qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir.
     Prezident İlham Əliyev bildirdi: "Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib.
   Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb...
   Bundan başqa, Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir.
   Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir."
Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31