Şərqdə yüksələn güclər arasında ən birinci qlobal güc Çindir- ÖZƏL
4 İyul 2024 17:00 Siyasət"Biz bilirik ki, artıq qlobal dünyada təkqütblü sistem sonlanır. Dünyada artıq yüksələn güclər vardır. Xüsusən, sadəcə Qərb mənşəli deyil də, Şərqin mərkəzində, Şərqdən yüksələn güclər vardır. Şübhəsiz ki, Şərqdə yüksələn güclər arasında ən birinci qlobal güc Çindir. Çin 1970-1980-cı illərdən bu yana davamlı iqtisadi və sosial həyatda atdığı uğurlu addımlarla bu gün dünyada qlobal bir güc səviyyəsinə çatmışdır".

Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:
"Dünya iqtisadiyyatının 20 faizi Çinin əhatəsi altındadır desək, yanılmarıq. Bu gün Çin Qərbin sadəcə öz qayda-qanunlarını diktə etdiyi bir sistemdə alternativə çevrilmişdir. Azərbaycan da hər zaman Qərb və Şərq arasında, ümumiyyətlə, Qoşulmama Hərəkatının üzvü, balanslı siyasət yürüdən ölkə kimi bu gün Çin-Azərbaycan əməkdaşlığı Azərbaycanı sadəcə tək tərəfli iqtisadi sistemdən özünü sığortalayan bir addımdır. Bu səbəbdən bu əlaqələrin inkişaf etməsi Azərbaycan üçün yeni iqtisadi, siyasi və digər fürsətlər qazandırır. Azərbaycab tarixi İpək Yolu üzərində yerləşən bir ölkədir. Bu gün Çinin yeni bir İpək Yolu planı var. Bu plan da Azərbaycan iqtisadiyyatına çox böyük xeyirlər verəcəkdir".
Zeynəb Rzayeva