Azərbaycan “Vahid Çin” siyasətini dəstəkləyən ölkələrdəndir- ÖZƏL
4 İyul 2024 16:55 Siyasət"Çin dünyanın ən aparıcı ölkələrindən biridir. BMT Təhküləsizlik Şurasının 5 daimi üzvündən biridir və Azərbaycanla da çox normal, sivil münasibətlərə malikdir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü qeyd edib:
"Azərbaycan Çinlə əməkdaşlığa maraqlıdır. Qarşılıqlı olaraq önəmli məsələlərdə hər iki dövlət birgə, faydalı əməkdaşlıqlar gerçəkləşdirir. Hesab edirəm ki, iqtisadi, turizm, terrorizmə qarşı mübarizə, təhlükəsizlik, sülh, "Bir kəmər, bir yol", Orta Dəhliz və s. istiqamətlərdə Azərbaycanla Çin arasında münasibətlərin qurulması, inkişafı, yeni mərhələyə keçməsi hər iki tərəf üçün faydalıdır. Azərbaycan bu əlaqələrin inkişafında maraqlıdır və daim də öz üzərinə düşən öhdəlikləri yerinə yetirir. Azərbaycan həm də "Vahid Çin" siyasətini dəstəkləyən ölkələrdən biridir. Biz, hər hansı separatizmi Tayvanın qismində qəbul etmirik və Çinin ərazi bütövlüyünü, "Vahid Çin" siyasətini, Tayvanın Çinin ayrılmaz tərkib hissəsi olduğunu da qəbul edir, təsdiqləyir və bəyan edirik. Bu məsələ Çin üçün milli təhlükəsizlik məsələsidir və önəmli məsələdir. Hesab edirəm ki, hər iki tərəfin bu cür əməkdaşlıq qurması istər regional, istər qlobal miqyasda faydalı nəticələr doğura biləcək məqamdır. Ötən hər il bunun müsbət nəticələrini görəcəyik".